Getdilər əhbabü mən miskini giryan qıldılar,Atəşi-həsrət bilə bağrımı büryan qıldılar.

Zindəgani gərçi düşvar etdilər mən xəstəyə,Şükr kim, yüz mehnəti-can kəndin asan qıldılar.

Mümkün irməs daxı surət bağlaya mə’murəlik;Xanəyi-səbrü qərarimni ki, viran qıldılar.

Göz qarasın birlə yazdım yarə şərhi-iştiyaq,Mərdümi-çeşmüm ana şəngərfi-ünvan qıldılar.

Mayil irdi könli ol şuxun vəfavü mehrə, leykBir neçə bədmehrlər anı pəşiman qıldılar.

Yetmədi heç kim dəhanın sirrinə kim, əhli qeybXəlqdən ol çeşməyi-heyvani pünhan qıldılar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gözləri qanından oldu payi ta sər sürxpuş,Sanə kim, Kişvərini növmüsəlman qıldılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love