Könül ta kim, nəzər qıldı o şol əndam çün simə,Bolub simab tək lərzan gəzər hər yan sərasimə.

Sən ol xurşidi-aləmtabsan kim, hüsni bürcində,Şüai-pərtövi-hüsnün yayıldı, yetdi iqlimə.

Bu ay başında dedi kim, irür besyar xunrizəşMünəccim yüzünə qarşu çü baxdı ruyi-təqvimə.Gözüm nəmdən iməs xali ki, bu qan olası könlüm,Qaşuni nunə oxşatdı, dəhanin şəklini mimə.

Əgər qul Kişvəri desə ki, səndən keçdim, inanmaKi, ol qıymaz sana, vallah, gər anı çəksələr qiymə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets