Mənim bir dilbərim var kim, ləbü göftari gögçəkdür,Tənü əndami bəs nazik, qədü rəftari gögçəkdür.

Dəhanı çeşmeyi-heyvan, xəti Xizrü ləbi İsa,Saçı sünbül, gözü nərgis, güli-rüxsari gögçəkdür.

Yüzü rəngin, sözi şirin, ləbi ğönçə, beli incə,Ana hər nəsnə kim, Tanrı verübdür, vari gögçəkdür.

Dilü canü zərü simü evü mülki nedər, yarəb,Bu viran dünyadə hər kim ki, anın yari gögçəkdür.

Günəş gögçəkdürür derlər, bəli gögçəkdürür, əmma,Sənün gögçəkligin yanında ol naçarı gögçəkdür.

Mana der xəlq kim, yarun əcəb bimehrü bədxudur,Özi bilür əgər bimehrü bədxu, bari gögçəkdür.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ləbi-dədü xəti-səbzin sifatın Kişvəri söylər, –Anınçündür ki, sözi dilkəşü əşari gögçəkdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love