Yarsız qaldım yenə, biyarlıq müşküldürür,Biənisü munisü ğəmxarlıq müşküldürür.

Ol gözi bimardən ayru ğəribü xəstəmən,Ğəribü bikəslikü bimarlıq müşküldürür.

Hər necə azar qılsa yar yarımdur həman,Ğəm iməs azarlıq, bizarlıq müşküldürür.Bir nihali-tazəni sevdüm ki, bərxurdar ola,Gərçi andan mana bərxurdarlıq müşküldürür.

Ey ki, dersən Kişvəri huşyar bolmaz bir zaman,Sakini-meyxanəvü huşyarlıq müşküldürür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets