Vəh kim, ol ahuyi-mişkindən qalıbmən bixəbər
Vəh kim, ol ahuyi-mişkindən qalıbmən bixəbər,Namə tək bağlandı bağrım, qəbğər oxun tez çəkər.Firqətindən gözlərim xunabeyi-həsrət tökər,Ləblərindən ayru hər dəm tilbə könlüm qan yudər,Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.
Səbru huşum hər biri, bir yanü mən bir yan qalıb,Surəti-divar tək öz halıma heyran qalıb,Sakini-beytül-həzən tək gözlərim giryan qalıb,Gözlərim giryanü dil büryanü tən üryan qalıb,Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.
Səbrü aramü xirədməndən cüdadır, səsizin,Rüzigarım tirəvü bəxtim qəradır sənsizin;Natəvan canımğə hər dəm yüz bəladır sənsizin,Ol bəlalar içrə könlüm mübtəladır sənsizin,Dirligim dirlik degil, tək bir qəra gündür keçər.
Ey boyun sərvü yüzün firdovsi-bağın gülbəni,Əhsəni-təqvimdir Adəmsən adəm əhsəni,Ruzigari-namülayim səndən ayurdu məni,Ta kim, ayurdu məni-bixanü peymandan səni,Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.
Aşiqü rüsva məni-bixanü peyman yarsız,Əşkü ahımdan irür gülbəm dərü divarsız,Yuddugum qan, içdiyim təlxab, qəm qəmxarsız,Qanlı çeşmim, bağlı baxtım, dağlı bağrım yarsız,Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.
Məskənim meyxanədir, hər dəm bolub ovbaş ilə,Neyləyim heç kimsə yar olmaz məni-ğəllaş ilə,Ağlamaqdan damənim doldu ləbaləb yaş ilə,Gecə-gündüz köksümə hər yan dögərmən daş ilə,Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.Vəh ki, öldürdü məni hər ləhzə-ləhzə ağlamaq,Bolmadı mümkün mənə bu ağlamağnı saxlamaq,Laləyanlıq dağlu bağrım parə-parə, dağ-dağ,Sənsizin, ey arizin şəm’i məni çeşmü çirağ,Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.
Ey cəmalından münəvvərafitab-xavəri,Bürci surət afitabi, dürci-mə’ni gövhəri,Xani-mülk Sultan Mühəmməd gövhəri-Bayənduri,Payi-busindən irağ, mən binəva qul Kişvəri,Dirligim, dirlik degil, tək bir qəra gündür keçər.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-veh-kim-ol-ahuyi-miskinden-qalibmen-bixeber
Use ← → keys to move, R for a random poem
More by this author
Eşq əlindən tabi-cani-natəvanım qalmadı,Necə pünhan saxlayam dərdüni canım qalmadı.
Səndən ayru ölməgim guya ki, təqdir olmadıSəndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.
Bəs ki, sənsiz göydürür bağrımnı hicran qayğusiBəs ki, sənsiz göydürür bağrımnı hicran qayğusi,Nə könül pərvası qaldı məndə, nə can qayğusi.
Bir bəladur taki, geydün görtəyi-nilufəriBir bəladur taki, geydün görtəyi-nilufəri,Bir bəla daxı başında gəzdirdi mə’cəri.
Poems by other poets
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,