Gözəllərin arasında gözəl nigarım itib,Çiçəkli, güllü bahar vaxtı ilk baharım itib.

Görünməyir gözümə, inciyib yəqin məndən,Yanında sevgilimin bəlkə etibarım itib.

Xəzinəmin varı qəlbimdədir əzəl gündən,Sözüm qalıb ürəyimdə, xəzinədarım itib.

Yadımdadır, görüşərdik, onunla sahildə,Əlimdə qalmayıb artıq bu ixtiyarım, itib.

Dözümlüyəm, dözürəm ayrılıq əzabına mən,Düşünməsin ki, rəqibim bu iqtidarım itib.

Araz boyunca gəzərkən ürəkdə dərdinlə,Haray çəkib de, Süleyman, sevimli yarım itib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love