Süfrəmdə mənim həm qara, həm ağ üzüm olsun,Dost-aşna yanında qara yox, ağ üzüm olsun.

Mən istərəm ömrüm belə keçsin uzun illər,Yazdıqca yazım, hər gecəm öz gündüzüm olsun.

Qürbətdə də yalnız vətənimdir mənə məbəd,Üstündə vəzifəmdir oğul tək, gözüm olsun.

Boş qalmasın heç bir kərə qəlbimdə xəzinəm,Yad, özgə sözündən nə çıxar, öz sözüm olsun.

Hərdən oda yansan da, Süleyman, demə yandım,Şairdə gərək yanmağa az-maz dözüm olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets