Mən təbrizli analara bələdəm,Fəxrimdir bu əziz, qoçaq analar.Körpəsinin beşiyinin başında,Sübhə qədər qalar oyaq analar.

Məhəbbəti çiçəklənər ilk gündən,Zərrə bezməz öz analıq yükündən.Balasına namərdliyi kökündənSaf südüylə edər yasaq, analar.

Hər kəlməsi, hər sözü gül qoxuyar,Laylasını diləklərdən toxuyar.Ürəklərdən keçənləri oxuyarKitab kimi varaq-varaq, analar.

Xata çıxsa övladının əlindən.İnsanlara ziyan dəysə dilindən,Üz döndərsə vətənindən, elindənKandarına basmaz ayaq, analar.

Ta əzəldən dar günündə ellərin,Qarşısına sinə gərər sellərin.Nəfəsini kəsər qara yellərin,Dayaqlara olar dayaq, analar.

Qan axarkən Təbrizdə su yerinə,Döyüşlərdə ürək verər ərinə.Nalə çəkib, şəhidlərin qəbrinəGüllər səpər qucaq-qucaq, analar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring