Bahar ürəyimdədir
Bu əvəzsiz, bu gözəlDiyar ürəyimdədir.Dünyalarca sevdiyimNigar ürəyimdədir.
Yaxşı bilirəm ki, mənMənliyindən dönməyən,Zirvəsindən enməyənVüqar ürəyimdədir.
Məni cavan saxlayan,Bu ellərə bağlayan,Dərya kimi çağlayanQərar ürəyimdədir.
Yolu ağ günlər yolu,Dövlət dolu, var dolu,Gözəl mahnılar doluQatar ürəyimdədir.
Nə tufandan qorxuram,Nə borandan qorxuram,Nə xəzandan qorxuramBahar ürəyimdədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-bahar-ureyimdedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sultan Əbdülməcidə xitabən
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Yeni əlifba haqqında mənzuməBu daimi olmayan dünyada mənim ömrüm,Həsrət və qüssə ilə başa çatdı.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm