Yeni əlifba haqqında mənzumə
Bu daimi olmayan dünyada mənim ömrüm,
Həsrət və qüssə ilə başa çatdı.
Vətən sevgisi üzündən,
Çox tədbirlərə əl atdım.
Ancaq səyim bir nəticə vermədi,
Bu əsrdə bir könül sahibi görmədim.
Türklərin və İran torpağını böyükləri
Hamısı Çin xalqı kimi yatmışdılar.
Cavanlığım getdi, qüvvəm puç oldu,
Zövqlü və ehtiraslı bir cavan görmədim.
Dəniz yolu ilə Ruma səfər etdim,
Yeni əlifbanı o ölkədə
Bütün dövlət başçılarına göstərdim.
Xəyalım çiy deyildi, çox pişkin idi.
Birər-birər mənə “Yüz sağ ol!”dedilər.
Dünya gözümdə behişt bağına döndü,
Mənə böyük cəlal düzəltdilər,
Şaha layiq peşkəşlərlə əzizlədilər.
Dünya muradımca idi, fələk mehribandı.
O dəqiqədə səadət mənimlə həmnəfəsdi.
Birdən bir sarı üzlü kişicik
Mənim arzu piyalama zəhər damızdırdı.
Onun vəzirlərin yanına yolu vardı,
Məni dinin və dövlətin düşməni kimi qələmə verdi.
O natəmiz kişi, bu ittiham ilə,
Məni hər kəsin yanında xatırlayırdı.
O, türkləri dəhşətə saldı,
Dövlət şurası başçılarını qorxutdu.
“Onillik zəhmətim onun sayəsində heç oldu,
Yerdən sızıltımı göy eşitdi.
Pak Allah mənim köməyimə çatsın,
Qiyamətdə ondan mənim qisasımı alsın”.
Eşitdim ki, onun atası uşaqlıqda,
Qəzvində üzü tüksüzlərdən biri imiş.
O ay üzlü bir çox illər uzunu,
Hamamlarda kisə çəkən olubmuş,
Azadə şahənşahın dövründə
Heyif ki, bir... vəzir olmuşdur,
Ey İran cəmaəti, layiq deyil ki,
Məfulun birisi belə fəal olsun!
Çarəsiz Rum torpağından qayıtdım,
Orda qalmaq mənim üçün uğursuz idi,
Bu nəticəsiz gedib gəlmək haqqında,
Oradan Tehrana xəbər göndərdim.
Elmlər vəzirinin adına yoldan,
Ürəksevən bir məktub yazdım,
Yeni əlifbanı ona nişan verdim,
Onun üçün behiştə yeni qapı açdım.
Bilmirəm onun himmətimi alçaq idi,
Ya o, gecə-gündüz sərxoş idi,
Bu vəzir mənə cavab vermədi,
Məqsədim üçün əl tutmadı.
Başqa bir vəzir də dodaqlarını tərpətmişdi.
Bu məsələ haqqında öz fikrini demişdi
Ki, biz İran xalqı kiçikdən böyüyə qədər,
Atəşpərəstdən, xristiandan, farsdan türkə qədər,
Hamımız zirək və mərifət sahibləriyik.
Zəka üzündən həmişə fikirdəyik.
Yazının çətinliyindən qorxumuz yoxdur,
Çala-çuxurdan çıxmaq üçün, korlara yol göstərən
lazımdır.
Heç kəsdən yeni yazı qəbul etmərik.
Bizim öz yazımız və öz fikrimiz kifayətdir.
Sonra bu fikri ilə güvənmişdi,
Əlinin içi ilə saqqalını tumarlamışdı.
O məclisdə sıra ilə oturanların hamısı
Ona demişdi: “Sağ ol, ey fikir deyən!
Doğru sözünə min afərin olsun,
Hikmətdə sənə heç kəs bərabər ola bilməz,
Qəlbin işıqlıdır, sözün sağlamdır,
Onu rədd etmək üçün Ərəstu belə cavab tapmaz”.
Təəssüf ki, gözəl xasiyyətli şahənşahın
Vəzirlərin axmaqlığından xəbəri yoxdur,
Heyif ki, fərasətli və huşlu şahənşah
Heyvərələrin işindən sakit oturur.
Heyif ki, ədalətli hökm verən
Bu əlifbanı başdan-başa görmədi,
Heyif ki, onun parlaq dövründə
Abırlı bir vəzir görmədik.
Hamısı töməkar, hünərsiz, ağılsızdırlar,
Kim onların adını yaxşılıqla çəkər?
Hərçənd onun dövrünün başlanğıcında Şərqdə
İldırım kimi bir vəzir parladı,
Ancaq o, ruslar ölkəsində vəzirlik edən
Boris kimi bir vəzir idi.
Bütün işləri şahın qarışacağı olmadan gördüyü üçün,
Ömrü Boris kimi zay oldu.
Bu rəmzi bu padşah anlarsa
Onun ömrü günəş və ay kimi olsun.
Ki, dövlət millətin pərəstarı olmalıdır.
Millət dövlətin pərəstarı olmamalıdır.
Ey Keyqubadın taxtında əyləşən,
Onun üzərində şahlığın daimi olsun!
Eşitdinmi ki, rus ölkəsində,
Himmətlə, qeyrətlə, namusla
Aleksandr rus millətinə nə yaxşılıq etdi
Ad çıxarmaqda dünyada kişi oldu.
Eşitdinmi, ki, Palmertson
Britaniyalılar üçün nələr etdi?
Sən Vilhelmi,
O ağıllı, elm sahibi kralı eşitdinmi?
Zəhmət və çalışmaqdan bir an belə rahatlanmır,
Ona görə də dövründə mülkü behişt kimidir.
Sən Bismarkı eşitdinmi
Ki, başını göylərə yüksəltdi.
Onun fikrindən nə cür tədbirlər baş verdi?
Vətəni uğrunda müharibə etdi.
Eşitdinmi ki, inişil, Haribaldi
Öz ay üzlü arvadı ilə
Nə kimi cəsarətli müharibələr etdi,
Vətənini yadlardan təmizlədi.
Hər yerdə ki, o döyüşlə məşğul idi.
Arvadı arxasında ona kömək idi.
Sən Linkolnu,
Canını millətə necə qurban etdiyini eşitdinmi?
Tyeri eşidibsənmi ki, indi
Onun ömründən səksən il keçir.
Vətəni üçün həmişə kədərlidir,
O, pul və rahatlıq qayğısında deyildir.
Ey padşah, vəzirlərin nə etmişlər?
Onların işinə özün şahid ol!
Vəzirlərin nöqsansız bir iş görməmişlər,
Onlar gah qarınlarının dərdindədirlər, gah
kisələrinin.
Elə isə onlar bir arpaya dəyməzlər.
Ey şahlar şahı, onları qapından qov!
Elmli, düşəncəli vəzirlər axtar,
Nəcabəti burax, bacarıq axtar
Ki, məmləkətə yenə bəzəklə
İstədiyin qədər bəzənsin.
Yeni əlifbanı işə salsınlar.
Xoşbaxtlıq ağacını meyvələndirsinlər.
(əziz dostum ruhulqüdsə xitab)
Çox şikayət etdim, söz uzandı,
Vaz keçdim, bir daha səni görməyəcəyəm.
Bu işi, bu zəhməti və əziyyəti başa çatdırmağı
Gələcək nəslə tapşırdım.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-yeni-elifba-haqqinda-menzume
Use ← → keys to move, R for a random poem
More by this author
Rəştdə Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə**24 fevral 1874-cü il*
Nikolaiyə1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti**Əziz və əzəmətli dostum müsyö Nikolai!
Nikolaiyə1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması**Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin!
Mirzə Məhəmmədrəfi Sədrül-üləmayəCənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin!**Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram.
Poems by other poets
Gözün yaraladı bizi tîr ü kemân ileAğzun depeledi yine bizi gümân ile
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
OlaAllah bu zalım divanıYıxıb bir dəyişərmi ola?
Dilbəra, dildə sənin mehri-rüxün can kimidirDilbəra, dildə sənin mehri-rüxün can kimidir,Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir.