Dünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;Nəcabətdə əllaf nəvəsi olub,Həbənnəqə kimi axmağın biri idi.Dedi: “Firəngistana dövlət məmuruyam.”Allaha and olsun, bu xəbərdən yanıb töküldüm!Əliağa, mənə bir içim su verKi, yanğım dəf olsun!Ay üzlü gürcü qızınıO axmaq öpmək istədi,O saat araqdan onu qusmaq tutdu.Gücü çatdıqca ağzındanO qızın üstünə...Təsadüfən yağlı mərək yemişdi.Qız tez ayağa qalxaraq dedi:“Sənə yüz dəfə Allahın lənəti gəlsin.”Tiflisdən o ayaqyalın,Müxtəsərcə deyim ki, çılpaq getdi.Dedi: “Mən soyuqdan qorxmuram!Mən nə bürüncək alacağam, nə də xəz dərisi.”Ey Əliağa, nə səvab olar ki,Ona bir arxalıq göndərəsən!Qafiyə dar gəldi, yoxsa mənOnu çox layiqincə çullardım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets