A.P.Berjeyə
21 oktyabr 1876, Tiflis
Pərəstiş etdiyim Adolf Petroviç!
Mən sizin töhmətinizi almaq şərəfinə nail oldum. Fars şeri ilə desəm: “Sevgilinin dilindən söyüş eşitmək də xoşdur”. Mən elə bildim ki, Vaqifin astrologiya macərasını sizə təfsilatı ilə yazmaqla məktub yazmaq borcumu yerinə yetirmiş oluram. Görünür, yanılmışam, gərək sizə xüsusi bir məktub da göndərəydim, həm də ona görə ki, siz öz məktubunuzla məni yad etmişdiniz. Amma qoy xidmətlərim – hər həftə tatar (Azərbaycan – H.M.) şairlərindən tərcümələri onların tərcümeyihalı ilə birgə sizə göndərməyim mənim günahımı yusun.
Biz hamımız sağ-səlamətik. Mənim hörmətli dostum Vasili Semyonoviç səylə arxiv işlərini nəzərdən keçirməkdədir və inanıram ki, sizin yeni ildən yeddinci cildi başlamağınız üçün imkan yaranacaqdır.
Biz sizin gəlməyinizi səbirsizliklə gözləyirik. Bu məktubu qurtaran kimi mən şairlərin tərcümeyi-halı haqqında Molla Hüseynin bu gün tatar (Azərbaycan – H.M.) dilində göndərməli olduğu mətni tərcümə etməyə başlayacağam.
Qulluğunuzda hazır olan müxlisiniz,
Sizin Mirzə Fətəli Axundzadə
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-a-p-berjeye
Use ← → keys to move, R for a random poem
More by this author
Mirzə Hüseyn xana yazılmış məktubun surəti**Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!
Həsənəli xana məktubHəsənəli xana yazılmış məktubun surəti**Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun!
Nəsirül-mülk Mahmud xana məktubNasirül-mülk Mahmud xana yazılmış məktubun surəti**Ali səadətiniz həmişəlik olsun! Yüksək nəsəbli cənabınızın mənim haqqımdakı mehribanlıq və iltifatına şübhə etmirəm. Dəfələrlə dostlardan və tanışlardan eşitmişəm ki, cənabınız məndən və mənim əsərlərimdən çox xoşlandığınızı və sevindiyinizi söyləmişsiniz. Buna görə də sizin iltifatınıza bel bağlayıb, ixlasımı bildirən bu məktubu yazmaqla, sizə başağrısı verirəm. Mən əlahəzrət şahənşahın Maarif Nazirliyinə köhnə islam əlifbasını dəyişdirmək məsələsinə dair bəzi kitabçalar və məktublar göndərmişəm. Sizdən xahiş edirəm ki, öz əziz vaxtınızdan bir qədərini onları oxumağa sərf edərək özünüzə xas olan iltifatla, layiq və lazım bildiyiniz bir şəkildə məni böyük şahzadə Etizadüssəltənəyə tanıtdırasınız.
Melkum xana məktubMelkum xana yazılmış məktubun surəti**Cənab Ruhül-qüds!