Rəştdə Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə

24 fevral 1874-cü il

Cənabınıza məlum olan kitabı fars dilində dəftərə köçürüb hazırlamışdım. Odur ki, fevralın 17-də Parisə, sizin adınıza teleqraf vurub soruşdum ki, həmin kitabı sizə göndərmək üçün Tiflisdəki Fransa konsuluna təqdim edimmi? Fevralın 20-də sizin hörmətli arvadınızdan cavab yetişdi ki, siz hazırda Tehrandasınız.

Belə olduğuna görə, bu məktubu yazmağa iqdam edib sizdən soruşuram ki, Tehranda vəzifəyə təyin olunmuşsunuz və ya Paris şəhərinə qayıdacaqsınız?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets