Könül bir yarı sevdi kim, pəridir,Cahan içrə gözəllər sərvəridir!

Boyu bağ içrə sərvi-nazə bənzər,Yanağı həmçü vərdi-əhmərdir.

Yüzüdür nisbəti-xurşidi-taban,Fələkdə mah onunçün Müştəridir.

Yüzü səhni-gülüstan içrə güldür,Saçının buyi müşki ənbəridir.

Kim onun vəslinə bir dəm irişsə,Cəmii mülki-aləmdən bəridir.

Saçının rəngidir, çün leylətülqədr,Cəmali-nuri-şəmsi-xavəridir.

Əzəldən anu sevdim canü dildən,Sağınmasun ki, eşqim sərsəridir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Baxıb heyran olur Hüsnünə aləm,Xətai xəstənin ol dilbəridir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love