Könül ta kim, ğəmindən aşinadır,Qərarü səbrdən mütləq cüdadır.

Könül pənd almadı, sevdi yüzünü,Ona bu dərdi-möhnətlər cəzadır.

Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə,Bəladır xubları sevmək, bəladır.

Nola aşiqləri öldürsən, ey dust,Ləbin bir busəsi yüz xunbəhadır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Könül bir yarə vermişdir Xətai,Eşigində səlatinlər gədadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love