Dilbəra, mehrin əzəldən sidqilə canımda var,Ondan özgə kimsə yoxdur, həm bilür pərvərdigar.

Bu fəna darində əhli-zövqilən qılgil səfa,Mülkü malü təxtü cah olmaz cahanda payidar.

Sayeyi-qəddində gərçi yer yüzü buldu şərəf,Sayibani-rüfətindən nöh fələk dutmuş qərar.

Gəlməmişdir sən təki aləmdə, ey sultani-hüsn,Sahibi-fəzlü kəmalü izzəti-baiftixar.

Arif isən qoymagil əldən həqiqət mənzilin,Aqil isən dünyəyi-ğəddarə vermə ixtiyar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəzmi-əşarın Xətai, hər biri dürdanədir,Söyləgil ta şahların guşində olsun guşivar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets