Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox,Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.

Hicr evində mən kiminlə həmdəm olum, ey sənəm,Könlümün şəhrində mehman səndən özgə kimsə yox.

Xızr tək zülmətdə qaldım, bir mədəd qıl tanrıçün,Təşnə içün abi-heyvan səndən özgə kimsə yox.

Hər nə kim, hökm eyləsən, eylə mənə, ey eşqi-yar,Könlümün təxtində sultan səndən özgə kimsə yox.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətai xəstənin vergil muradın, ya ilah,Kim, mənə lütf ilə ehsan səndən özgə kimsə yox.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love