Dilbəra, hüsnini sane afitab etmiş durur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dilbəra, hüsnini sane afitab etmiş durur,Bilməzəm neçün gözümdən dər hicab etmiş durur.
Gəl, xumarəm, yaz məni vəslin meyindən, ey pəri.Şol şərabın həsrəti bağrım kəbab etmiş durur,
Ta yaman göz dəyməyə, ey mah, hüsnin bağına,Həqtaala zülfini pərri-ğürab etmiş durur.
Hafizi-Quran təki, aşiqlər əzbər qılmağa,Həq cəmalın ayəti ümmülkitab etmiş durur.
Ğəm yemən könlüm ki, məskən buldu eşqin küncini,Gərçi ol viranəyi hicrin xərab etmiş durur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey məhi-namehriban, sorma Xətai halını,Firqətin ol xəstəyi təhti-turab etmiş durur.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dilbera-husnini-sane-afitab-etmis-durur
Use ← → keys to move, R for a random poem