Kimsəyə meyl etməz vüqarım mənim,Təkcə sən dilbərin yaraşığıyam.Eşqin həkk olunub qalıb sinəmdə,Əzəldən deyirəm: – yar aşığıyam.

Huridən də ötə camal üstəsən,Bu camala canım qurban istə, sən.Sahibi-ixtiyarsan, əgər istəsən,Öz əlinlə bağrım yar, aşığıyam.

Gözəllik hüsnündə var, bəhrəsini dər,Özgələri hüzurunda nədilər?Məmmədhüseyn sənə ayrı nə dilər,Arzum budur: – yara yar aşıq qıyam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love