Bir adam ki, sənlə ülfət eyləyə,Yəqin onun əsli-zatı yaxşıdır.Namərd sənə quzu-plov yedirtsə,Mərdin quru məhəbbəti yaxşıdır.

Dad-hazar çəkərəm, pərgarsız sazdan,Ver qurtar əlindən, nəzir-niyazdan.Gəzəyən gəlindən, güləyən qızdan,Söyləyən qarıdan lotu yaxşıdır.

Hərcayı sözlərdən dəng oldum başdan,Sallabaş adamdan, ciyəri daşdan.Bədnəzər qonşudan, yaman yoldaşdan,Qədir bilənlərin iti yaxşıdır.

Məmmədhüseyn deyər, kəlməsin teydən,Dərsini alıbdı Əlifdən-beydən,Gözəlsiz otaqdan, çörəksiz evdən,Çöllü-biyabanda otu yaxşıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets