Bu dünyaya gələn bəşər,Lətifi qurana bax.Seymin yeddi yüz təyəmmüm elədi,Bir gecə mehmana bax.Nuh gördü heyrət etdi,Xızırda oldu qonaq.Aləmə lərzə düşdü,Bu gecə tufana bax.

İftida mürsəl Məhəmməd,Fəulatın-fəulat.Padşahın yekti cahan,Həm vəkili kainat.Mustafadan-muştabatdan,İstərəm ondan nicat.Çağırram Xeyrəl-nişanı,Şafeyi dövrana bax.

Şahi-Mərdan Şiri-Yazdan,Heydarı Düldülə suvar.Həm mərifət, həm təriqət,Bəxş edib Pərvərdigar.Ayeyi kəlmə içində,Şanı-şövkət onda var.Müstəqimnən əmri maarif,Lətifi Qurana bax.

Dadeyi pələng badə içdim,Mən fani saqidən.Lafəta tilsim oxuyub,Hanı Xeybər dağıdan.Qıl şəfaət şahlar-şahı,Qurtar bizi yağıdan.Agah ol Məmmədhüseyn,Ol Şiri-Yazdana bax.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets