Can yığışıb boğazıma yetişib,Dərmanım alagöz yar əlindədi.Neyləyər bu dərdə yüz loğman, təbib,Əncamı o qızın xoş dilindədi.

Çox çalışdım, cəhdim əbəs, puç oldu,Həsrət könül qəmi-qüssədən doldu.Adam qoyun, yar gələn yol bu yoldu,Gəlməsə, axtarın öz elindədi.

Məmmədhüseyn düşüb eşqin oduna,Yar yetişə bəlkə bircə dadına.Qurban dedim, canı onun adına,Gələr olsa vədəsi bu gündədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love