Dilbəra, hicrin yarasinə ləbin mərhəm düşər,Ol dişin incusi tək dəryadə həm dür kəm düşər.

Mən səninlə, dilbəra, bir əhdü peyman eyləsəm,Müddəilərnin içinə dəmbədəm matəm düşər.

Yüzini eşq əhli gər görərsə ey xubi-Xötən,Onların könlündə ğəm qayğu gedər, xürrəm düşər.

Aləmi gəzdim təmamət, görmədim hüsnin kimi,Dünyəni gəzsən xəmusin, eylə səntək kim düşər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətainin kəlamini eşitsə hər zaman,Ol Xötənlə Çin eli hər dəmbədəm bərhəm düşər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love