Könül, nə gəzirsən seyran yerində,Aləmdə hər şeyin var olmayınca?!Olura-olmaza dost deyib gəzmə,Bir əhdinə bütün yar olmayınca.

Yürü, sufi, yürü, yolundan azma,Elin qeybətinə quyular qazma,Yorulma bihudə, boşuna gəzmə,Yanında mürşidin var olmayınca.

Qalxdı, havalandı könülün quşu,Qovğa, qeybət etmək kötünün işi,Ustadın tanımaz bunda hər kişi,Onun kim mürşüdü ər olmayınca.

Varub bir kötüyə sən olma nökər,Çərxinə dəgər də, dolunu dögər,Nə Xudadan qorxar, nə hicab çəkər,Bir kötüdə namus, ar olmayınca.

Şah Xətayim edim bu sirri bəyan,Kamilmidir cahil sözünə uyan?Bir başdan ağlamaq ömrədir ziyan,iki başdan mühibb, yar olmayınca.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets