Vətən ətri
Hərdən mənə elə gəlirEldən uzaqdayam mən,Bir tufanla harayasaAtılmışam Vətəndən.
Nə xəritəm, nə kompasım...Dolaşıram düzləri.Kor olmuşam...Heç nə görmür,Heç nə seçmir gözlərim.
Sanıram ki, sərhədləriİqlim-iqlim gəzirəm,Nə usanıb yoruluram,Nə gəzməkdən bezirəm.
Daşa, suya, torpaqlaraSürtə-sürtə əlimi,Axtarıram Vətənimi –Azərbaycan elini.
Budur, çinar xışıltısı,Budur, turac nəğməsi,Yanağımı qarsılayırOdlu Muğan nəfəsi,
Su içirəm – torpaq dadır, –Ya Arazdır, ya da Kür,Söykənirəm bir ağaca –Bu deyəsən söyüddür.
Narınc, turunc ətri gəlir –Bu, limonlu Talışdır,Yellər əsir, dəli yellər –Xəzri mənə tanışdır.
Dağ aşıram – ya KəpəzdirYa Qoşqar, ya Savalan.Kor olsam da tanıyıram:Mənimkidir bu məkan!
Kor olsam da tanıyıram:Azərbaycan özüdür!Ana Vətən, səni tapanÜrəyimin gözüdür!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-veten-etri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Qəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.
Məktəb şagirdiİştə bir tərbiyəli, aqil uşaq,İştə bir zirək, ayıq, kamil uşaq.
Gəlin, dostlar, gəlinGəlin, vətəndaşlar, gəlin, a dostlar,Şairin sizlərə şad xəbəri var.
Millət necə tarac olur olsun, nə işim varMillət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!