Şair alpinistdir.Ömrü uzunuQalxır zirvələrin zirvəsinə o.Neçə həqiqəti, neçə arzunuTapır, nəqş eləyir nəğməsinə o.

Şair alpinistdir.Aya, günəşəUlduza, buluda doğru can atır.Əlçatmaz zirvəyə qalxır həmişə,Bu yolda ayaq yox, ürək qanadır.

Şair alpinistdir.Bircə fərqi var:Alpinist qalxdığı zirvədən dönür.Şairsə zirvədə tutaraq qərar,Orda günəş kimi parlayır, sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets