Gecədən çox keçir,Yataq, əzizim,Sabahın nə qədər qayğıları var.Sabah yolumuzu gözləyir bizimNeçə nigaranlıq, neçə intizar.

Kiminsə qəlbinə dəyəcəyik biz,Kimsə qəlbimizi sındıracaqdır.Bəlkə bir duyğusuz, hissiz, ürəksizBizi odlayacaq, yandıracaqdır.

Bəlkə köksümüzə sığmayan arzuKiminsə əlilə puç olacaqdır.Bəlkə bu dərd ilə ömrümüz boyuSinəmiz alışıb qovrulacaqdır.

Bəlkə ən nəşəli dəqiqələrdəBizi haqlayacaq acı bir xəbər.Bəlkə taleyimiz güldüyü yerdəOnu ağladacaq alçaq bir nəfər.

Bəlkə birisinin vurduğu ləkəDönüb olacaqdır sonsuz fəlakət.Eh, nə qədər güman, nə qədər bəlkəÇevrilib dünyada olub həqiqət!

Neçə “bəlkə”miz var qabaqda bizimNeçə nigaranlıq, neçə intizar.Gecədən çox keçir,Yataq. əzizim,Sabahın nə qədər qayğıları var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets