Gözünə qar üstə güllər görünsə,Sərt külək ney çalsa qulaqlarında,Payızda dağlarda sellər görünsə,Qəm nəğməyə dönsə dodaqlarında,Ayın buz ziyası yandırsa səni,Hər ulduz bir nəhəng günəşə dönsə,Günəşin alovu dondursa səni,Şaxta Muğandakı atəşə dönsə,Sərçə nəğmə desə bülbüllər kimi,Xəzəllər yamyaşıl dəysə gözünə,Küləkdə inləyən teleqraf simiBir “Kərəmi” çalsa özü-özünə,Qoynuna düşsən də dərdin, məlalınYaşamaq istəsən yaşadıqca sən,Ey dost, ağarsa da saçın, saqqalınDemək vurulmusan, demək sevirsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring