Yolda açdım səhəri,Üfüq üzümə güldü.Qızıl donlu dan yeriGözlərimdə söküldü.

Ulduzlar tabaq-tabaqBir-bir batdı, əridi.Sükutu pozan ancaqMaşın təkərləridi.

Günəşin qızıl teliZülmətə sancılanda –Zər qələm mürəkkəbəSandım batdı bir anda.

Dağlar gözüm önündəDüzəldəndə qəddini,Mən gördüm gecə iləGündüzün sərhədini.

Yorulub çəkinmədənYol gedərdim beləcəÖmrümü sona qədər –Seyr etməkçin sizi mən,Yolda qurtaran gecə,Yolda açılan səhər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets