Səndən uzaq düşdüyüm günƏn dəhşətli bir gün idi.Şadlıq, sevinc, nəşə — bütünÜrəyimdən sürgün idi.

Tapdadıqca ayaqlarımAvropanın sinəsini,Söyləyirdi dodaqlarımAcı həsrət nəğməsini.

Bu həsrətin yolu uzun,Bu həsrətin yaşı azdı,Hansı ürək yurdumuzunHəsrətiylə tutulmazdı?!

Saçlarıma dən düşsə dəOldum ana uşağı mən.Göz cənnətlə görüşsə də,Andım doğma torpağı mən.

Vətənindən aralanmışİnsanları yada saldım.Ürəyimdə boranlı qışSanki matəm marşı çaldı.

Bir görümlük çiçək gəzdim —Olsun Muğan çiçəyi o,Bir udumluq külək gəzdim —Olsun Bakı küləyi o.

İnsan gəzdim, bir zamanlarÜrəyimi qırmış olsun.Sözü zəhər, özü idbar,Məni söymüş, vurmuş olsun. —

Bizim elli olsun fəqət,Ya Şəkidən, ya Şirvandan.Bizim dilli olsun fəqət...Qürbət məni sıxdı, aman!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation