Sevənlərin nə vecinəŞaxta kəssin nə qədər,Məhəbbətin gücünəÜrək coşar, isinər.

Sevənlərin nə vecinəYolu kəssin dərə, dağ,Dəyanətin gücünəÜrək dağlar aşacaq.

Sevənlərin nə vecinəYaş yüz əlli olacaq,Sədaqətin gücünə,Ürək cavan qalacaq

Mat qalmışam mən bu işə —Məhəbbətin gücünə,Dəyanətin gücünəÜrək sevir həmişə.Sevənlərin nə vecinə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love