Şalvarı dizədək, köynəyi dümağ,Çantası toxunur dabanlarına.Bu gün qədəm qoyur elə bil uşaqBəxtiyar ömrünün ilk baharına.Baxır sağ əlinə gözucu hərdən,Balaca çantası sanki cahandır.Özü isə elə bil kosmosdan enənPavel Popoviçdir,Andriyandır!

Ona elə gəlir bu gün küçələrDaha yaraşıqlı, daha genişdir.Heç kimin çantası yoxdur bu təhər,Heç kəs onun kimi geyinməmişdir!

Sanır ki, bu saat hamı dayanıbOnun yerişinə baxır mehriban.Sanır ki, günəş də erkən oyanıb,Axı, dərsə gedir bu kiçik oğlan!

O hələ hesabı bacarmasa da,Bu günü saymışdı barmaqlarıyla.Necə fəxr etmişdikiçik masadaDəftərin çəpmilli varaqlarıyla!

O yonub rəngbərəng karandaşları,Düzmüşdü səbr ilə qələmdanına.Sual da etmişdi çatıq qaşları:“Sabah bəs nə zaman olacaq, ana?”

İndi addımlayır məğrur, utancaq,Elə bil dünyanı veriblər ona...Şalvarı dizədək, köynəyi dümağ,Çantası toxunur dabanlarına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets