Məşhur rus rəssamıK.P.Brüllovun “Türk qızı”şəklinə baxarkən

O türk qızı başım üstəDirsəklənib yatağına,Qara saçı halə kimiDövrə vurub qulağına.

Zər baftalı qara donu,Allah, necə tutar onu!Əyilibdir yana boynu,Kölgə düşüb buxağına.

Qaşlar – qara, göz – badamı,Dəli elər hər adamı.Bürünübdür gül əndamıTirmə şalın saçağına.

Çırtma vursan – yanağındanAxacaqdır sanki al qan.Təbəssümdür, ya həyəcanQonub onun dodağına?

Seyr edirəm bu şəkli mən,Danışacaq sanki birdən.Türk gözəli, xoş gəlmisənKürçaylının otağına.

Moskva, 1950

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets