Kim deyir dəyişəndə fəsillər bir-biriniOnların köhnə ildə rəddi, izi qalmayır?!Fəsil daşa, dəmirə salır ləpirlərini,Yaşayır canlı kimi, hərçənd özü qalmayır.

Yaz qaranquş dilində çevrilir mahnılara,Teleqraf tellərində notlar kimi görünür.Lalə ləçəyindəki qırmızı üstə qaraBaharın varlığını təsdiqləyən bir möhür.

Yay dostun ürəyində dönür oda, atəşəDost qəmini yandırır, dəmiri qaynaqlayır.Elə buna görə də güney, quzey həmişəDağda bəyaz qarıyla sevincindən ağlayır.

Payız yanır budaqda bir qızılı nar kimi,Günəşlərə çevrilir salxım gilələrində.Səpir xəzəllərini bol qızılı var kimi,Bu qədər zəri olmaz ən zəngin zərgərin də.

Qış düşmən sinəsində buzlayır şimal kimi,Alır hərarətini əlcəkli əllərin də.Torpağı üşütməyə salır xəstəhal kimi,O sırsıra bağlayır günəşin tellərində.

Kim deyir dəyişəndə fəsillər bir-biriniOnların köhnə ildə rəddi, izi qalmayır?Fəsil daşa, dəmirə salır ləpirlərini,Yaşayır canlı kimi, hərçənd özü qalmayır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring