Qocalıb əldən düşüb – əl çəlik, ayaq çəlik.Qucağına bir totuq nəvə alıb üstəlik.Nəvə buz baltasıdır – igid yumruğu kimi,Qucaqda yırğalanır qoyun quyruğu kimi.

Gör necə də yayxanıb artıq taxta sinəyə.İndi öz donu belə yük olsa da nənəyə,Körpəni qucağından yürə qoymur, saxlayır.Özü taqətdən düşüb, yaşı yüzü haqlayır.Bu körpəni ömrünə indi dayaq sanır o,Özünü gövdə bilir, onu budaq sanır o.Sanır ki, nəvəsini qucağından düşürsə,Sinəsindən ayırıb başqa bir ələ versəAyın da, günəşin də rəngi olar qapqara,Ulduzlar parıldamaz, dönər paslı mismara;Bu işıqla həyat da vida elər nənəyə...Körpəni bir az da bərk sıxır taxta sinəyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets