Göstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,Qayətdə mənə xoş gəlibən hüsnü cəmalı,Çün aldım atanın əsl kökündən bu sualı,Bir alinəsəbdir dedilər ol güli-ali

Nadan ilə heyfim gəlir, ey adəmizadə,Gül yarpağı tək ömri-şəbabın gedə bada,Bil qədri-süxən, kəsbi-kamal eylə ziyadə,Gər təbi-lətifin qıla şairlik iradə,Seyranə gətür hər gecə memari-xəyali

Ey pak zəmir, ayineyi-ərseyi-dövran,Şairliyə üz qoyma, edər kim səni heyran,Qürbətdə gərək gün keçirə mərdi-süxəndan,Kəm qiymət olur suda ikən gövhəri-qəltan,Yəni hünər avarə qılar əhli-kəmalı

Ney tək nə rəva kim olasan özgəyə dəmsaz,Səyyadi-məani ola gör, ey gözü şahbaz,Həmcins gərəkdir edə həmcins ilə pərvaz,Eyni-tələbin şeir isə ol şairə həmraz,Tuti kimi ta öyrənəsən tərzi-məqali

Gər qəlbi-əsəddən çıxar olsan günəş asa,Ay tək on iki bürcü tamam eylə təmaşa,Mizanə düşüb sabit olarsan daxi əla,Gər həmdəm olasan bu Nişat ilə müdama,Qürbətdə daxi qalmaz atanın dərdü-məlalı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets