2. Əcnəbi
Səndən uzağa düşdüm,Ağır günüm oldu bu səhər mənim.Qərib torpağa düşdüm,Adıma əcnəbi dedilər mənim.
Əcnəbi!Bakının küçələrindəBu sözü nə qədər söyləmişəm mən.Yad dilli, geyimli adam görəndə —Buz kimi bu kəlmə çıxıb dilimdən.
Göydə təyyarədə, yerdə Hotel-dəMənim özümə də dedilər bunu.İlk dəfə gəzdiyim o qürbət eldəDuydum bu kəlmənin nə olduğunu.
Əcnəbi!Nə haqqım, nə ixtiyarım,Nə dostum, yoldaşım vardır bu yerdə.Yanımdan sovuşan bu insanlarınBəlkə mən görmədim üzünü bir də.
Onlar heç bilmir ki, yer kürəsindəMən də ömr edirəm, adım-sanım var,Dünyanın min rəngli xəritəsindəÖz yurdum, öz elim, öz məkanım var.
Şəhərə çıxıram, yola çıxıram,Üzümdən oxunur əcnəbiliyim.Çəkinib özümü elə sıxıramDeyərlər bir cibə girmişəm yəqin.
Gözümdə gülüş yox, üzümdə həvəs,Günəş şölələnir, isindrir də.Naqafil bir nida, naqafil bir səsMəni uşaq kimi diksindirir də.
Möhürə çevrilib əcnəbi sözüElə bil üzümə basılıb mənim.Dövrəmdə insanlar gəzsə də düzüAlnıma tənhalıq yazılıb mənim.
Əcnəbi! Yerlilər hər çağırandaKeçir ürəyimdən qüssə, qəm, qubar,Bax, bu insanlarla mənim aramdaGözlə görünməyən sərhəd xətti var.
Bir gün gedəcəyik bəlkə Marsa biz,Anamız torpaqdan ayrılacağıq.Orda insan oğlu əgər varsa,bizYenəmi əcnəbi çağrılacağıq?
Hər səhər üfüqdən günəş doğandaHamıyçün söndürür ayı, ulduzu,Fəqət bu torpaqda, fəqət bu yerdəİnsanlar ayrılır, əcnəbiləşir!
Səndən uzağa düşdüm,Ağır günüm oldu bu səhər mənim.Qərib torpağa düşdüm,Adıma əcnəbi dedilər mənim...
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-2-ecnebi
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam düşür...Evlərin kölgələri uzanır,
Çəmənə demə ki, göyərməyəsənÇəmənə demə ki, göyərməyəsən,Dağlara demə ki, qarsız qalasan,
DəmirağacKöklər bir-birindən on addım uzaq,Gövdələr dəmirtək cilalanıbdır,
Şair dostum, uzaqlardan gəlirsənŞair dostum, uzaqlardan gəlirsən,Sən yaxşı bax bu yerlərə – mənimdir.