Şair dostum, uzaqlardan gəlirsən
Şair dostum, uzaqlardan gəlirsən,Sən yaxşı bax bu yerlərə – mənimdir.Duman keçir, dağ sıyrılır buluddan,Bu təbiət, bu mənzərə mənimdir.
O tay, bu tay, bir aləmdir hərəsi,Gül qoxuyur nanə, yarpız dərəsi.“Kəklik oxur, dalısında fərəsi”,Qızıl xoruz, çil-çil fərə mənimdir.
Gəl mənimlə bir az da qalx yuxarı,Haray salır Astaraçay axarı.Sahilində yaşıl çəltik bicarıZümrüd xalı sərib yerə – mənimdir.
Görürsənmi, Xəzər üstə sökür dan,Balıqçılar toru çəkir sulardan.İqlim-iqlim ağızları suladanQızıl balıq, ziyad, nərə mənimdir.
Göz yaşlarım görünməmiş silirsən,Yoxsa mənim həsrətimi bilirsən?Şair dostum, uzaqlardan gəlirsən,Sən yaxşı bax bu yerlərə – mənimdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-sair-dostum-uzaqlardan-gelirsen
Use ← → keys to move, R for a random poem
More by this author
O nə Astaraçaydır, nə Arazdır, nə də Kür.Yaz ayları gələndə coşur, daşır, köpürür.
LivadiyaBudur sarı əncil, bu da qarası,Hələ heyvaya bax, nara bax, nara.
Özünü dərk edib duyduğu gündənÖzünü dərk edib duyduğu gündənİnsan taleyini “daşa bağlayıb”.
Bulaq adətiBulağın gözünə daş tıxasan daBaşqa göz tapacaq, axıb gələcək.