Bulağın gözünə daş tıxasan daBaşqa göz tapacaq, axıb gələcək.Dunyanın əşrəfi olan insan daBulaq adətini götürsün gərək.

Susmasın, ağzına daş basılsa da,Sözünü udmasın, desin hünərlə.Bununçün boğazdan o asılsa daBir gün yad olunar xatirələrlə.

Yolun yarısından dönməsin geri,Sözünü kəsməsin heç vaxt yarıda.Sevmirəm yarımçıq söz deyənləri,Yolun yarısında qalanları da.

Yarıda qalsaydı mübarizələrDunya öz yerində indi sayırdı.Səsini kəssəydi Qaliley əgərİndi Yer kürəsi “fırlanmayırdı”.

Nəsimi “dəlilik” eləməsəydi,Yarımçıq qalsaydı “coşub-daşması”,Bütöv bir “ənəlhəq” söyləməsəydiÖlərdi insanın allahlaşması.

Fərhad tişəsiylə dağ yarmasaydıCılız görünərdi böyük məhəbbət.Daşı dırnaq-dırnaq qoparmasaydıAli mərtəbəyə qalxmazdı zəhmət.

Saysız meteordan, saysız daşlardanQaqarin çəkinib, dönsəydi geri —İndi biz deyildik ərşə hökmran,Rahatca gəzmirdik indi göyləri.

Daşlarla nə qədər üzləşib insanBəlkə sınaq üçün yaranıb daşlar!Ağıza basılan, yola atılanBu dünya üzündə nə qədər daş var.

Bulağın gözünə daş tıxasan daBaşqa göz tapacaq, axıb gələcək.Dünyanın əşrəfi olan insan daBulaq adətini götürsün gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets