Dan qızaranda
Könlümdə bir dünya arzu oyanırDan qızaranda.Gözümdə talelər gəlib dayanırDan qızaranda.
Sanıram lalələr açır gözünüDağda, aranda,Nərgizlər gülabla yuyur üzünüDan qızaranda.
Yellər əttar kimi ətir dağıdır,Gülür cahan da.Sanıram məhəbbət, sevgi çağıdırDan qızaranda.
Sevinc qanadlanır, kədər boğulurGülür insan da.Dünyaya övladtək günəş doğulurDan qızaranda.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-dan-qizaranda
Use ← → keys to move, R for a random poem
More by this author
Günəşin səsi
Biri haray salar,Elə sanar ki,
Açın qapıları, açın taybatayAçın qapıları, açın taybatay,Buraxın otağa gələn səhəri.
ÇayNə bu yaşıl şamlar, nə ağcaqayınMeşə ətəyilə axan o çayın
Yol uzundur... Görünməyir nə əvvəli, nə sonuYol uzundur... Görünməyir nə əvvəli, nə sonu,Lakin başa vurmalıyam mən onu!