Novruzgülü gözləriniKörpə kimi açdı yenə.Güneylərə, quzeylərəÖz ətrini saçdı yenə.

Keçdi bulud qalaqları,Güldü vətən torpaqları,İlk baharın dodaqlarıTəbəssümlə qaçdı yenə.

Bulaqların dindi sazı,Salamladı gələn yazı.Kür üstünün gözəl qızıSöyüd yaşılsaçdı yenə.

Yurdu el-el gəzirəm mənBahar bu il gəlib erkən.Qızıl lalə, yaşıl çəmənÇöllərimə tacdı yenə.

Al geyinir el baharda,Şirvan, Muğan, Mil baharda,Gözəl olur il baharda,Nəğmələrim coşdu yenə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring