Telefon budkasının döyülür pəncərəsi,Əsəbi bir qadının gəlir qəzəbli səsi:– Qurtardı üç dəqiqə...Siz də qurtarın görək,Evə zəng vuram gərək!

Mənim hələ nə qədər deyiləsi sözüm var,Məhəbbətdən yaranmış saf kəlmələr, duyğular.İstəyirəm deyəm ki...Şüşə döyülür yenə,Günahkartək baxıram xanımın gözlərinə.Aralayıb qapını deyirəm:– Odur baxın,O budkadan danışın...

Həm xoşdur, həm də yaxın.– Xeyr, növbəm buradır!Özünüz gedin ora!Siz allah, bir baxınız indiki cavanlara!..

Xanım deyinib gedir,Danışıram yenə mən.Elə bil səsin deyil,Məftillərin içindənAxıb ilıq nəfəsin nəfəsimə qarışır,Danışan mən deyiləm, yox, ürəyim danışır.

Budkanın pəncərəsi döyülür yenə,Bir qız:– Üç dəqiqə qurtardı! – deyib gülür qayğısız.Bir dəstəyə baxıram, bir də qıza...Bu zamanO, fikrimi deyəsən anlayır baxışımdan.– Yox, kəsməyin, danışın, yox, danışın, kəsməyin.Mən başqa telefondan...Danışın, tələsməyin! –Deyə çevrilib gedir,Qalıram budkada tək...Yaşasın duyan ürək!Yaşasın sevən ürək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets