Şair azadlıqçün doğulub ancaq,Azadlıq yolunda ölməlidir o.Dil dustaq, el dustaq, nəğmə də dustaq –Lüğətdən bu sözü silməlidir o.

Lakin belə anda zindanbanlara,Mədhlər oxuyan şairlər də var.“Bu dünya beş gündür – beşi də qara,Təriflər, onamlar verər hökmdar”.

Fəqət Apollonun sadiq övladıŞerini satmadı dəllallar kimi.Ona verilsə də bir gün lord adı,Lordluqdan uzaqdı odla qar kimi.

Şerinin ahəngi, sözünün oduGəzdi ölkə-ölkə, el-el dolandı.Oldu öz əsrinin Çayld Haroldu,Azadlıq eşqilə alışdı, yandı.

Eşitdi inləyir yunan torpağı,Soyuq əllərində sərt ruzigarın.Homerin müqəddəs şeir bayrağıDalında qalıbdır barmaqlıqların.

Eşitdi Heraklın bağlanıb qolu,Solur gözəlliyi Afroditanın.

Eşitdi kəsilib Olimpin yolu,Qalıb qucağında ölümün, qanın.

Qaldırdı bayraqtək şair adını.Unutdu lorddu o, ingilisdi o.Yunan torpağına nicat gəzdi o,Atdı alovlara öz həyatını.

Bir əlində qələm, birində silahYunan millətinin çatdı dadına.Üfüqdə doğanda qızıl bir sabahBurda nöqtə qoydu öz həyatına.

Öldü azadlığa havadar kimi,Sanki bir əsgərdi, Bayron deyildi.Azadlıq önündə bir zəvvar kimiDizləri büküldü, başı əyildi.

Şair azadlıqçün doğulub ancaq,Azadlıq! Əbədi gəlməlidir o!Son anda söylədi qurumuş dodaq:“Azadlıq yolunda ölməlidir o!”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland