Böyük Vaqifə
Böyük Vaqif, keçdi illər,İl bir yerdə qala bilməz.Əsrlərdə hanı hünər? –Səni məndən ala bilməz!
Eşq şairi!Bu eşqə bax!Şirvan, Muğan, Mil, QarabağGəzir el-el, oymaq-oymaqSərhəd bilməz, qala bilməz.
Sənin eşqin, sənin dühan,Şahları da qoydu heyran.Yaxşı sözdür: “Hər oxuyanMolla Pənah ola bilməz!”
Qoşmaların, qəzəllərinƏzbəridir gözəllərin.Söz ilhamsız olsa yəqinÜrəkləri çala bilməz.
Gəz indi Kür qırağındaGəncə, Bakı torpağındaHeykəlinin ayağındaTər çiçəklər sola bilməz.
Şairlər var dəstə-dəstəHər birisi bir həvəsdə.Fəqət sənin adın üstəKimsə kölgə sala bilməz.
Kürçaylı da körpə quşdur,Budağında oturmuşdur.Hara getdi, hara uçdu –Dönər, sənsiz qala bilməz!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-boyuk-vaqife
Use ← → keys to move, R for a random poem