Demə ki, yarpaqlar döndü xəzələ,Demə gül-çiçəklər tamam yanıbdır, –Torpaq da istəyir hərdən bəzənə,Yox, bütün təbiət xınalanıbdır.

Səhər dan yerinə çəkildi xına,Axşam qürub yeri oldu xınalı.Yamaclar büründü qəfil yanğınaXına atəşinə düşüb yanalı.

Ağacın çətrinə gülab çiləndi,Xınalı yarpaqlar dinar-dinardı.O, toy xınasını yaxmış gəlindi,Yoxsa yarpaqları qızıl Çinardı?!

Payız bu boyanı işlədir yalnız,Xına çox yaraşır onun hüsnünə:Mən fəsil demirəm sənə, ay payız,Xına alverçisi deyirəm sənə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring