Yuxuda gördüm ki, sevmirsən məni,Bütün ümidlərim puçdur, nahaqdır,Taleyim söyləmir könlüm deyəni,Əllərin, gözlərin məndən uzaqdır.

Yuxuda gördüm ki, dodaqlarındaMənim adım deyil,Başqa bir ad var.Ömrümün sevdalı gənc çağlarındaMənə dönük çıxır vəfa, etibar.

Ayıldım yuxudan...Qaraldı gözüm.Bürüdü qəlbimi təlaşla qorxu.Düşdü xatirimə sənin bu sözün:“Əzizim, tərsinə yozulur yuxu”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets