Qalxıram yuxarı... Fəxri xiyaban,Cərgəylə düzülmüş məzar daşları!Əlimdə papağım, köksümdə həycanAnıram hörmətlə vətəndaşları.

Baxıram... Zərdüştün qəbridir sankiQarşımda görünən birinci məzar.Mənə elə gəlir, dostum, inan ki,Burdadır Nizami, Babək, Bəxtiyar.

O böyük Füzuli İraqda deyil,Burda dəfn olunub – bu xiyabanda.Mehdi Adriada – uzaqda deyil,Burda dəfn olunub – bu xiyabanda.

Burda dəfn olunub mənim eşqimi,Mənim torpağımı düşünən hər kəs.Onların nəfəsi, söylə, deyilmiMənim sinəmdəki bu odlu nəfəs?!

İstər yüz qərinə keçsin o gündən,Ya burda, ya da ki, başqa məkanda,Vətən torpağıyçün bir vaxt can verənBurdadır, burdadır – bu xiyabanda!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death