Mən öz xislətimə çoxdan bələdəm,Onu nə qərinə, nə il dəyişdi.Olub qəm çəkdiyim,fəqət hələ dəGözümdən bir gilə yaş gəlməmişdir.

Mənim bu dünyada elə dostum var, –Silib göz yaşımı gülüşləriylə,Məni unudanda bəzən adamlarBahar gətiribdir gəlişləriylə.

Bu dostu kədərli görmək ağırdı,O sənə əzizdi axı, canından.Bu gün mən gördüm ki,leysan yağırdıOnun gözlərinin asimanından.

Mənə ömrü boyu təsəlli olanÖzü ağlayırdı bir uşaq kimi.Dağa bənzətsək də,dağ deyil insanHər dərdin önündə dura dağ kimi.

Yox, ona təsəlli verəmmədim mən,Özümü saxladım...Bir an saxladım.Ömrümdə göz yaşı bilməzdimBirdənDostuma qoşulub özüm ağladım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets