Orda iki nəfər küsdü, barışdı,Hayıf, biz deyilik o iki nəfər.Yoxsa sinəmizdə söz qalmamışdır,Hanı bir zamankı atəşli sözlər?

Ucalır nəğməsi iki nəfərin,Hayıf, nəğmə deyən nə mənəm, nə sən.Hanı intəhasız o nəğmələrin?Kim qifil asıbdır mənim dilimdən?

Bahar çiçəyinin ətri nə xoşdur,Əllərdə alışan əlvan dəmətdir.Bizim əllərimiz yenə də boşdur,Yoxsa bizim üçün çiçək qəhətdir?

Qopdu iki gülüş, iki qəhqəhə,Biz ötə bilməzdik bu dildə məyər?Sanki daş dəyibdir büllur qədəhə,Bizim gülüşümüz cingildəməyir.

Tükəndi nəğməmiz, soldugülümüz,Danışmaq yerinə sözü kəsirik.Əzaba döndərdik məhəbbəti biz,Qışda odlanırıq, yayda əsirik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets