Axır ki, həsrətin soyuyub odu,Ayrılmaq istəyi görüşməkdən çox.Bəlkə də ürəyin düz sözü budu:İstəsən istərəm, istəməsən yox.

Gəlişin ömrümə nə gətirib? Qəm!Soyuq baxışların – zəhərlənmiş ox.Daha öz-özünə yanan deyiləm,Gözləsən gözlərəm, gözləməsən yox.

Nə yaxşı qürurum qayıdıb geri,Gəzirəm dünyada gözü-könlü tox.Bir gün kirpiyinlə açıb səhəriSəsləsən səslərəm, səsləməsən yox.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets